BAKI, 8 avqust. TELEQRAF
Oman və İran arasında Hörmüz boğazında naviqasiya qaydaları ilə bağlı danışıqlar müsbət və konstruktiv atmosferdə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Oman sultanlığının XİN açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, Hörmüz boğazında gəmiçilik tənzimləmələri ilə bağlı davam edən danışıqlar müsbət və konstruktiv atmosferdə gedir.
Nazirlik bu danışıqlara və əldə edilən irəliləyişlərə təsir göstərə biləcək hər hansı bir hərəkətdən çəkinməyin vacibliyini vurğulayıb.