BAKI, 8 avqust. TELEQRAF

Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, ABŞ lideri bu fikirləri Prezident İlham Əliyevlə telefon danışığı zamanı dilə gətirib.

Ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb.

Həmçinin qeyd edilib ki, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib.

Telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.

Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.