BAKI, 8 avqust. TELEQRAF
“Amansız hücumların davam etdirilməsinin nəticələrinə görə məsuliyyət daşıyan tərəf İrandır”.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Hörmüz boğazında BƏƏ-yə məxsus neft tankerinin hədəfə alınmasına dair bəyanatında bildirilib.
Rəsmi Ər-Riyad Tehrandan regionda təhlükəsizliyi, sabitliyi və gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün belə addımlarını dərhal dayandırmağı tələb edir.
Səudiyyə Ərəbistanı XİN Hörmüz boğazından keçərkən BƏƏ tankerinə edilən hücumu kəskin şəkildə pisləyərək, bunu dəniz nəqliyyatının təhlükəsizliyinə və qlobal enerji təchizatının təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.
Ər-Riyad həmçinin BƏƏ ilə tam həmrəy olduğunu və Əbu-Dabinin ölkənin suverenliyini və obyektlərini qorumaq üçün atdığı addımları dəstəklədiyini açıqlayıb.