BAKI, 8 avqust. TELEQRAF

Ukrayna və ABŞ hər ay “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə keçirdiyi mətbuat konfransında bildirib.

Zelenski deyib ki, bu məsələ üzərində işləmək olduqca çətindir, ilk növbədə antiballistik raketlərin və sistemlərin istehsalçısı olan ABŞ-nin köməyinə ehtiyac var:

“Onlar bizə kömək edə bilərlərmi? İşləyirik. Hər ay bizə raket ayıracaqlarmı? Bəli, bununla bağlı razılaşmalarımız var”.

Ukrayna Prezidenti əlavə edib ki, mövcud tədarüklər kifayət deyil və bu il göndərilən raketlərin sayı əvvəlki illərlə müqayisədə daha azdır.

Bundan əlavə, Ukrayna hazırda Avropa ölkələri ilə raket-interseptorların tədarükü barədə danışıqları davam etdirir. Zelenskinin sözlərinə görə, xüsusilə Polşa və Almaniya, həmçinin Skandinaviya ölkələri ilə danışıqlar aparılır.