BAKI, 8 avqust. TELEQRAF
İran Hörmüz boğazının idarə olunmasının hüquqi aspektləri və gəmi marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı Omanla danışıqları davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Hörmüz boğazının hüquqi mexanizmləri, idarə olunması və gəmi marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı Omanla danışıqlar aparılır və razılaşmaya çox yaxınıq”, - nazir deyib.
Əraqçi vurğulayıb ki, mövcud marşrut Tehran üçün qəbuledilməzdir və tərəflər yeni marşrut hazırlamalıdırlar, bu proses isə çoxsaylı hüquqi-texniki çətinliklərlə müşayiət olunur:
“Yeni marşrut hazırlanana qədər gələcək marşrut üçün əsas olacaq müvəqqəti marşrut nəzərdən keçiriləcək”.