BAKI, 4 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkənin iri neft şirkətlərini həddindən artıq mənfəət əldə etməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
Tramp bildirib ki, İranla münaqişə başa çatdıqdan sonra dünya bazarında neftin qiyməti kəskin ucuzlaşacaq.
"Onlar həddindən artıq çox pul qazanıblar. Chevron çox qazanıb. ExxonMobil də həddindən artıq çox pul qazanıb", - deyə ABŞ Prezidenti bildirib.