BAKI, 5 avqust. TELEQRAF

"SpaceX"in səhmləri şirkətin IPO-dan sonra açıqladığı ilk rüblük maliyyə hesabatının fonunda Nasdaq birjasında postmarket ticarətində 9 faizə qədər dəyər itirib.

Teleqraf xəbər verir ki, "SpaceX"in səhmləri 9 faiz ucuzlaşaraq bir səhm üçün 114,05 dollara düşüb.

Daha sonra eniş tempi zəifləyib. Saat 02:42-yə olan göstəriciyə görə, səhmlər 7,07 faiz ucuzlaşaraq 116,47 dollardan ticarət olunub.

Xatırladaq ki, "SpaceX" IPO-dan sonra dərc etdiyi ilk rüblük hesabatda 541 milyon dollar xalis zərər açıqlayıb. Bununla yanaşı, şirkətin gəlirləri 7,8 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92 faiz çoxdur.

Qeyd edək ki, "SpaceX" bu ilin iyun ayında birjaya çıxıb. Şirkətin səhmləri ilk günlərdə 225,6 dollara qədər yüksəlsə də, sonradan ardıcıl eniş nümayiş etdirib. Avqustun 4-də keçirilən əsas ticarət sessiyası 125,33 dollar səviyyəsində başa çatmışdı.