BAKI, 5 avqust. TELEQRAF
ABŞ hərbçiləri son üç ay ərzində Hörmüz boğazından 1000-dən çox gəminin təhlükəsiz keçidinə dəstək göstərib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində paylaşım edib.
"Son üç ay ərzində ABŞ Silahlı Qüvvələri Hörmüz boğazından 1000-dən çox gəminin təhlükəsiz keçməsinə yardım göstərib", - məlumatda bildirilib.
Bu arada ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, İranla Hörmüz boğazında normal gəmiçiliyin bərpası ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub.
Onun sözlərinə görə, tərəflər arasında müsbət dinamika müşahidə olunsa da, yekun razılaşma hələ əldə edilməyib.