BAKI, 4 avqust. TELEQRAF

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın RCH-155 təkərli haubitsasını aldığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "European Pravda" məlumat yayıb.

Pistorius, Kasseldəki KNDS yığma zavoduna səfəri zamanı bu tip ilk nəqliyyat vasitəsinin təxminən iki il əvvəl Ukraynaya göndərildiyini söyləyib.

Qeyq edək ki, RCH-155 özüyeriyən artilleriya sistemi dünyanın ən qabaqcıl sistemlərindən biri hesab olunur.

Əsas xüsusiyyəti hərəkət edərkən atəş açmaq qabiliyyətidir və bu da onu düşmənin əks-batareya atəşinə və dronlara qarşı xeyli az həssas edir. 50 km-dən çox məsafədə dəqiqədə doqquz atəş aça, yollarda saatda 100 km-ə qədər sürətə çata və tam avtomatlaşdırılmış qülləsi sayəsində cəmi iki nəfərlik heyət tərəfindən idarə oluna bilər.