BAKI, 5 avqust. TELEQRAF
Türkiyənin Adana şəhərindən olan aşpaz Uğur Aydın Ermənistan parlamentinin yeni sədri Ruben Rubinyanı ölkəsinə dəvət edib.
Teleqraf xəbər verir ki, o, xalqlar arasında sülhün tərəfdarı olduğunu bildirib.
“Qoy gəlib qonağımız olsunlar. Əgər hamı bir masa arxasında oturub kabab yesəydi, sülh əldə olunar, bütün problemlər həllini tapardı”, - deyən Aydın Rubinyanı hazırladığı kababın dadına baxmağa dəvət edib.
.webp)
Ermənistan parlamentinin sədri bundan əvvəl Türkiyədə araşdırma apararkən yerli mətbəxi, xüsusən də Adana və İskəndər kabablarını çox bəyəndiyini bildirmişdi.
Ermənistan müxalifəti Ruben Rubinyanı Türkiyə ilə yaxın əlaqələrdə ittiham edir.