AĞCABƏDİ, 5 avqust. TELEQRAF
Ağcabədidə baş vermiş qəza zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza zamanı ağır xəsarət alan şəxs Ağcabədi rayon Hindarx qəsəbə sakini 1991-ci il təvəllüdlü Həsənov Nicat Nizaməddin oğludur.
Digər avtomobilin sürücüsü Tərtər rayon sakinininin vəziyyəti olduğundan ona ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
N.Həsənovun müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Onun vəziyyəti ağır qiymətləndirilir.
***
09:47
Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Toyota" markalı avtomobil qarşıdan gələn "VAZ-2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.