BAKI, 4 avqust. TELEQRAF
Türkiyənin energetika naziri Alparslan Bayraktar Akkuyu Atom Elektrik Stansiyasının (AES) 1-ci blokunda elektrik enerjisi istehsalına ilin sonuna qədər başlanılması planlaşdırıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Nazir bildirib ki, ilk reaktorun işə salınması üçün işlər tam sürətlə davam edir: "Biz bunu ilin sonuna qədər başa çatdırmağı və sınaq enerjisi istehsalına başlamağı hədəfləyirik. Həm Rusiya tərəfi, həm də biz bütün səylərimizi buna yönəldirik" .
Bayraktar əlavə edib ki, AES-in işə salınmasına hazırlıq məqsədilə təxminən 2000 sınaq tələb olunur. "Testlər hazırda davam edir", - deyə o qeyd edib.