BAKI, 4 avqust. TELEQRAF

Ukrayna danışıqlarda bütün formatlı görüşlərə hazırdır və Amerika tərəfinin avqust ayında aktiv olacağını gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Danışıqlar üzrə görüş, ilk növbədə, Amerika ilə koordinasiya şəklindədir. Prezident Trampın nümayəndələri ilə hər gün əlaqə saxlayırıq - bu vacibdir. Vaşinqtondakı görüşdə əsl diplomatiyanın olması üçün yeni şəraitin necə yaradıla biləcəyi barədə danışdıq. Bütün bunları həyata keçirməyə çalışırıq. Budanov, Umerov, Araxamiya, Kislitsa - hər biri danışıqların öz elementləri barədə - danışıqlarda harada olduğumuz və Moskvada danışıqlara münasibətlə bağlı nələrin baş verdiyi barədə məlumat verdilər. Bütün formatlı görüşlərə hazır olacağıq, gözləyirik ki, avqust ayında Uitkoff və Kuşner aktiv olacaqlar”, - deyə Zelenski bildirib.