BAKI, 5 avqust. TELEQRAF
Avstriyada havanın temperaturu ilk dəfə 41 dərəcəyə yüksələrək ölkədə bütün müşahidə tarixi üzrə yeni rekord müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə "Der Standard" qəzeti Geosphere Austria meteoroloji xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, bir gün əvvəl 40,8 dərəcə qeydə alınan temperatur ertəsi gün 41 dərəcəyə yüksəlib və bununla da ölkənin tarixində ən yüksək göstərici qeydə alınıb.
Hazırda Vyana şəhərində və Aşağı Avstriya federal əyalətinin şərq hissəsində ən yüksək – qırmızı səviyyəli isti hava xəbərdarlığı qüvvədə qalır.
Qeyd edək ki, Geosphere Austria bu yay ikinci dəfə ekstremal istilərlə əlaqədar ən yüksək hava təhlükəsi səviyyəsini elan edib.
Xatırladaq ki, iyunun 28-də Vyanada havanın temperaturu 40 dərəcəyə çataraq 2013-cü ildə qeydə alınmış əvvəlki tarixi maksimumu yeniləmişdi. İndi isə bu göstərici 41 dərəcəyə yüksələrək yeni milli rekord müəyyənləşdirib.