BAKI, 5 avqust. TELEQRAF
Amerikanın kosmik texnologiyalar şirkəti "SpaceX" birjada səhmlərini yerləşdirdikdən (IPO) sonra açıqladığı ilk rüblük maliyyə hesabatında 541 milyon dollar xalis zərər etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd olunub.
Məlumata görə, "SpaceX"in xalis zərəri 541 milyon dollar təşkil edib. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə şirkətin xalis zərəri təxminən 1 milyard dollar olmuşdu.
Bununla yanaşı, şirkətin rüblük gəliri 7,8 milyard dollara çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 92 faiz çoxdur.
Qeyd edək ki, "SpaceX" bu ilin iyun ayında ilkin kütləvi səhm təklifini (IPO) həyata keçirib. Şirkətin səhmləri ilk günlərdə 225,6 dollara qədər yüksəlsə də, sonradan dəyər itirib. Avqustun 4-də keçirilən ticarət sessiyasının sonunda bir səhm 125,33 dollar səviyyəsində bağlanıb.