BAKI, 5 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların nəticəsinin yaxın 48 saat ərzində açıqlana biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Los-Ancelesdən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

ABŞ prezidenti qeyd edib ki, danışıqlar uğurla davam edir və Hörmüz boğazının açılması avqustun 5-i və ya 6-da baş tuta bilər.

"Biz danışıqlarda çox yaxşı irəliləyiş əldə edirik. Nəticəni 48 saat ərzində biləcəyik. Hörmüz boğazının açılması sabah və ya birisi gün baş verə bilər. Əhəmiyyətli irəliləyiş əldə olunub", - Tramp vurğulayıb.