BAKI, 5 avqust. TELEQRAF

“NATO kollektiv təhlükəsizlik sahəsində KTMT ilə əməkdaşlıq etmək istəməyib və istəmir, bağlı qapını sındırmağın mənası yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib.

“KTMT Daimi Şurasının sədri kimi İsveçrədə ATƏT-in fəaliyyətdə olan sədrliyi ilə görüşdüm. Həmçinin ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda iştirak etdim, orada NATO ölkələrinin nümayəndələri də daxil olmaqla, iştirakçılarla dialoqlar apardım. Ancaq onu deyə bilərəm ki, NATO heç vaxt qarşılıqlı əməkdaşlıq istəyini bildirməyib və bunu istəmir. Bağlı qapını sındırmağın mənası yoxdur”, - Vasilyev bildirib.