BAKI, 5 avqust. TELEQRAF

Braziliya hökuməti Argentina ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salaraq səfir səviyyəsində təmsilçilikdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı məlumat yayıb.

Məlumata görə, Braziliya hökuməti səfiri Julio Bitellini Argentinaya geri göndərməmək və ölkələr arasındakı diplomatik münasibətləri müvəqqəti işlər vəkilləri səviyyəsinə endirmək qərarı qəbul edib.

Bildirilir ki, bu qərar Argentinanın Braziliyadakı səfiri Daniel Raymondiyə çatdırılıb. Ona həmçinin Braziliya Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.

"CNN Brasil"in məlumatına görə, rəsmi Braziliyanın bu addımı Argentina Prezidenti Xavyer Mileyin Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya ünvanladığı yeni təhqiramiz ifadələrə cavab olaraq atılıb.