BAKI, 29 iyul. TELEQRAF
Yaponiyanın cənubundakı Kyuşu adasında, Kumamoto prefekturası yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 680 mindən çox əhalisi olan Kumamoto şəhərindən 55 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi elan olunmayıb.