BAKI, 29 iyul. TELEQRAF

"Məğlubiyyətə baxmayaraq ruhdan düşməyəcəm. İnşallah böyük arenalarda öz sözümü deyəcəm".

Telaqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında U-17 dünya çempionatının gümüş medalçısı Əli Cavadlı deyib.

O, finalda məğlub olduğuna görə təssüfləndiyini söyləyib:

"Fasilədən sonra səhv etdim. Qolumu buraxdım. Rəqib bundan istifadə etdi. Məşqçilərimin mənə ümidləri çox idi. Amma uduzdum. Buna baxmayaraq, həvəsdən düşməyəcəm. Gələcəyim hələ qabaqdadır.".