BAKI, 29 iyul. TELEQRAF
Xocavənd şəhəri və Xocavənd kəndləri (Heşan,Yenikənd,Güneyxırman, Quzeyxırman, Qarqar,Qırmızı bazar (bina),Xanoba,Azıx, Zoğalbulaq, Arakül, Edilli, Düdükçü) ərazisində fərdi evlərin layihələndirilməsinə başlanılır.
Teleqraf Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir ki, layihələndirmə işləri ilə əlaqədar "Art Plus Design" şirkəti ilə müqavilə imzalanıb.
Layihələndirmə işlərinə 1 420 248 manat vəsait sərf ediləcək.