BAKI, 29 iyul. TELEQRAF
Çox sevincliyəm. Allaha şükür medalsız qalmadım. Bura qızıl medal üçün gəlmişdim, amma alınmadı.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında U-17 dünya çempionatının 51 kq çəki dərəcəsində bürünc medal qazanan Elmir Çərkəzov deyib.
O, məşqçilərinə təşəkkür edib:
"Şəxsi məşqçim Taleh Məmmədova, Tural Hüseynliyə, yığmanın məşqçiləri Rafiq Hüseynova, Kamran Məmmədova və Azad Əliyevə təşəkkürlərimi bildirirəm. İnşallah bu, son deyil. İnşallah gələcəkdə qızıl medal da qazanacağıq. Hələ də qızıl medal qazana bilməməyimiz bəxtsizlikdir".
Qeyd edək ki, Çərkəzov yaponiyalı Hinata Hanamoriyə tam üstünlüklə qalib gələrək bürünc medalın sahibi olub.