"Görüşə aktiv başlamadım. Aktiv başlayıb rəqibi parter vəziyyətinə gətirə bilsə idim, görüşü qalib bitirə bilərdim".

Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən U-17 dünya çempionatının gümüş medalçısı Abdurrahman Hüseynli jurnalistlərə açıqlamasında deyib.

O, özbəkistanlı Bunyod Hasanova məğlub olduğu qarşılaşmanı belə dəyərləndirib:

"Gedişatı dəyişmək olardı, amma təəssüf ki, alınmadı. Rəqiblə güləş zamanı həyəcan keçirtmirdim. Azarkeşlər əlavə motivasiya verirdi".

Qeyd edək ki, Abdurrahman Hüseynli finalda özbəkistanlı Bunyod Hasanova məğlub olaraq gümüş medalın sahibi olub.