BAKI, 29 iyul. TELEQRAF
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Rusiyanın onun ölkəsinə hücum edəcəyi ilə bağlı ehtimalları rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə nazir "RMF FM" radiosuna müsahibəsində bildirib.
O deyib ki, hazırda Polşa üçün Ukraynadakı kimi böyük bir müharibə təhlükəsi yoxdur və bu barədə heç bir proqnoz mövcud deyil.