BAKI, 29 iyul. TELEQRAF
Özbəkistanla sərhəddə, Qırğızıstanın Batken bölgəsində qaçaqmalçılıq üçün istifadə edilmiş ola biləcək tunel aşkar edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ekstremizm və Qanunsuz Miqrasiyaya qarşı Mübarizə Xidmətinin əməkdaşları sərhəd bölgəsində qanunsuz malların daşınması üçün tunelin inşa edildiyi barədə məlumat alıblar.
Polis Kadamcay rayonunun İshaq-Polotxan kəndində tərk edilmiş evdə axtarış apararkən qonşu dövlətə aparan tunel aşkar edib.
Dərinliyinin təxminən 12 metr, eninin isə 1,5 metr olduğu qeyd edilib.
Rayon Daxili İşlər İdarəsinin İstintaq Xidməti araşdırma aparır.