BAKI, 29 iyul. TELEQRAF

İngiltərə təmsilçilərindən “Mançester Yunayted”in hücumçusu Markus Reşford yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu İngiltərə millisinin üzvünü heyətinə qatmaqda maraqlıdır.

Məlumata görə, Ər-Riyad təmsilçisi 28 yaşlı futbolçunun transferini reallaşdırmaq üçün hərəkətə keçməyə hazırlaşır. Tərəflər arasında hələlik razılıq əldə olunmayıb.

“Mançester Yunayted”in akademiyasının yetirməsi olan Reşfordun İngiltərə klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

Hücumçu ötən mövsümü icarə əsasında “Barselona”da keçirib. O, İspaniya təmsilçisinin heyətində bütün turnirlər üzrə 49 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı Reşfordun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.