BAKI, 21 iyul. TELEQRAF
ABŞ Yaxın Şərqdə yerləşdirilmiş təxminən 50 min hərbçisini İranın geniş raket və pilotsuz uçuş aparatları arsenalından tam şəkildə müdafiə etməkdə çətinlik çəkir.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.
Nəşrin məlumatına görə, İranın sərəncamında çoxlu sayda ballistik raket və pilotsuz uçuş aparatı var. Məqalədə bildirilir ki, ABŞ hava hücumundan müdafiə sistemlərinin üç raketi zərərsizləşdirə bilməməsi regiondakı Amerika hərbi kontingentinin müdafiəsinin mürəkkəbliyini göstərir.
WSJ qeyd edir ki, bu vəziyyət Yaxın Şərqdə yerləşən ABŞ hərbçilərinin təhlükəsizliyinin təmin olunmasının ciddi çağırış olaraq qaldığını nümayiş etdirir.
Qeyd edək ki, bundan əvvəl İranın "Press TV" telekanalı SEPAH-ın Küveytdə yerləşən üç ABŞ hərbi obyektinə zərbələr endirdiyini iddia etmişdi.