BAKI, 21 iyul. TELEQRAF

“Qəbələ” növbəti transferini reallaşdırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb.

24 yaşlı nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub. O, müxtəlif illərdə “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) klublarında çıxış edb.