BAKI, 21 iyul. TELEQRAF

Qırğızıstanın ərazi bütövlüyü ilə bağlı sərhədlərin dəqiqləşdirilməsindən sonra ölkənin ümumi sahəsi 20 milyon hektarı ötüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Sadır Japarov "Facebook" səhifəsində bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin ərazisi 20 milyon 9 min 572 hektara çatıb:

"2020-ci ilə qədər Qırğızıstanın ümumi ərazisi 19 milyon 994 min hektar təşkil edirdi. Qonşu ölkələrlə dövlət sərhədləri dəqiqləşdirildikdən sonra ölkə ərazisi 15 572 hektar artaraq 20 milyon 9 min 572 hektara çatıb. Bu ərazinin 94,4%-ni dağlıq ərazilər təşkil edir. Ölkədə kənd təyinatlı torpaqların ümumi sahəsi 6 milyon 732 min hektara bərabərdir".