BAKI, 21 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan 3 milyon 999.07 min ABŞ dolları dəyərində 4 min 575.03 ton nar ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 299.63 min ABŞ dolları (7%), miqdar baxımından isə 452.29 ton (9%) azdır.
Yanvar-iyun aylarında nar ixracı ölkənin ümumi ixracının 0.02%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0.07%-ni təşkil edib.