BAKI, 21 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) may ayının əvvəlindən etibarən Hörmüz boğazından keçən təxminən 900 ticarət gəmisinə dəstək göstərildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.
Məlumata görə, bu müddət ərzində Hörmüz boğazı vasitəsilə təxminən 450 milyon barel neft daşınıb.
"Bu həyati əhəmiyyət daşıyan dəniz dəhlizi ilə kommersiya gəmilərinin hərəkəti davam edir. May ayının əvvəlindən CENTCOM qüvvələri təxminən 900 kommersiya gəmisinin keçidinə və 450 milyon barel neftin daşınmasına dəstək göstərib", - məlumatda qeyd olunub.