BAKI, 21 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan 32 milyon 99.16 min ABŞ dolları dəyərində 40 min 527.48 ton xurma ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 847.05 min ABŞ dolları (2.6%), miqdar baxımından isə 5 min 307.69 ton (11.6%) azdır.
Yanvar-iyun aylarında xurma ixracı ölkənin ümumi ixracının 0.20%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0.58%-ni təşkil edib.