CƏLİLABAD, 21 iyul. Teleqraf
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Belə ki, “Toyota Prado” markalı minik avtomobilinin aşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.