BAKI, 21 iyul. TELEQRAF

İyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.