BAKI, 21 iyul. TELEQRAF
“İmişli” yay təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Teleqraf xəbər verir ki, bölgə təmsilçisi “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşıb.
Görüş “İmişli”nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “İmişli” növbəti yoxlama matçını iyulun 24-də Bakı Olimpiya Stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.