NAXÇIVAN, 21 iyul. TELEQRAF
Kəngərlidə baş verən qəzada xəsarət alan şəxslərdən biri ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı bu gün xəstəxanada həyatını itirib.
Qeyd edək ki, iyulun 19-da baş verən qəzada 2010-cu il təvəllüdlü Afət Seyidov hadisə yerində vəfat etmişdi.
***
2026.07.19
18:59
Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Kərki kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu ölüb.
Avtomobildə olan 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əli qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.