BAKI, 21 iyul. TELEQRAF

Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb.

"Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, "Vital Hospital"da ölü körpənin zirzəmiyə atıldığı iddia edilir.