BAKI, 12 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazı ətrafında İranın hava və raketdən müdafiə sistemlərini, həmçinin SEPAH-a məxsus kiçik hərbi gəmiləri hədəfə aldığı bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti "X" sosial şəbəkəsində adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadən paylaşım edib.
Məlumata görə, ABŞ Silahlı Qüvvələri təxminən bir saat əvvəl Hörmüz boğazı ətrafındakı bir neçə nöqtədə İranın raketdən müdafiə və hava hücumundan müdafiə sistemlərinə, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus kiçik hərbi gəmilərə bir neçə zərbə endirib.
Bu arada, İranın Tasnim agentliyi Bəndər-Abbas şəhərində və Keşm adasında partlayışların baş verdiyini bildirib.