BAKI, 12 iyul. TELEQRAF
Banqladeşdə yeddi rayonu əhatə edən güclü daşqınlar nəticəsində azı 51 nəfər həyatını itirib, 39 nəfər isə xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Business Standard" nəşri məlumat yayıb.
Məlumata görə, ölkənin cənub-şərq və şimal-şərq bölgələrində leysan yağışları, çaylarda su səviyyəsinin qalxması və torpaq sürüşmələri səbəbindən vəziyyət ağır olaraq qalır.
Bildirilib ki, təbii fəlakət indiyədək Banqladeşdə 1 milyondan çox sakinə təsir göstərib.
Qeyd edək ki, bundan əvvəl Çinin Haynan adasında "Maysak" tayfununun yaratdığı güclü yağışlar nəticəsində küçələri su basdığı bildirilmişdi.