BAKI, 12 iyul. TELEQRAF

Türkiyədə "Ahbap" Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində dərnəyin sədri, müğənni Haluk Levent saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaqla bağlı yerli KİV məlumat yayıb.

Məlumata görə, Haluk Levent "Dərnəklər haqqında" qanunun tələblərini pozmaq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq və cinayət təşkilatına üzv olmaqda ittiham olunur.