BAKI, 12 iyul. TELEQRAF
ABŞ ordusu İranın cənub-qərbində yerləşən Yasuc şəhəri yaxınlığındakı hərbi obyektə hava zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın IRIB dövlət televiziya və radio şirkəti təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, zərbə İranın cənub-qərbindəki Kohgiluyə və Boyer-Əhməd vilayətinin Yasuc şəhəri ətrafında yerləşən hərbi obyektə endirilib.