BAKI, 7 iyul. TELEQRAF
Yaponiyanın "Toyota" şirkəti istehsalının bir hissəsini Meksikadan ABŞ-yə köçürəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
O, özünün "Truth Social" şəbəkəsində yazıb: "Toyota" Meksikadan ABŞ-yə köçür. Bu, həqiqətən də böyük bir hadisədir. Tariflər işləyir".
Keçən il Tramp ölkənin ticarət kəsirini azaltmaq üçün Yaponiya da daxil olmaqla ABŞ-nin ticarət tərəfdaşlarına yüksək tariflər tətbiq edib.
Tariflərin təsirindən yayınmaq üçün xarici şirkətlər istehsalı ABŞ-a köçürə bilərlər.
Ötən ilin aprel ayında Tramp administrasiyası xarici istehsallı avtomobillərə tətbiq edilən rüsumları 2,5%-dən 27,5%-ə qaldırıb. Daha sonra, iyul ayında Yapon avtomobilləri üçün bu tarif 15%-ə endirilib və rəsmi olaraq sentyabr ayında qüvvəyə minib.