BAKI, 20 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Si Cinpin və Narendra Modini dünyanın ən böyük liderləri hesab etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu fikirləri "Axios" portalına müsahibəsində səsləndirib.

O, Si Cinpinin liderlik keyfiyyətləri barədə suala cavab olaraq deyib: "Bəli. Liderlik baxımından bu doğrudur".

ABŞ Prezidenti ikinci lider kimi Narendra Modinin adını çəkərək onun çox yaxşı və böyük lider olduğunu vurğulayıb.

Tramp əlavə edib ki, hazırda ABŞ ilə Hindistan arasında geniş iqtisadi əməkdaşlıq mövcuddur və Vaşinqton Yeni Dehli ilə böyük həcmdə biznes həyata keçirir.