BAKI, 20 iyun. TELEQRAF

Mark Rütte iyunun 23-25-də Vaşinqtona səfər edəcək.

Teleqraf xəbər verir ki, baş katibin iyunun 24-də ABŞ Prezidenti Donald Tramp ilə Ağ evdə görüşü planlaşdırılıb.

Səfər çərçivəsində Rütte ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmiləri ilə də danışıqlar aparacaq.

Qeyd edək ki, Rütte daha əvvəl ABŞ-ın Avropadakı hərbi kontingentinin sayının azaldılması prosesinin dərhal başlayacağını bildirmişdi.