BAKI, 19 iyun. TELEQRAF
"Əgər bir həftə ərzində Ukrayna ilə sərhəd boyunca Belarus ərazisində yerləşdirilən hərbi texnika çıxarılmasa, ora hücum əmri verməyə hazırıq".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Biz sərhədimizə radar sistemləri yerləşdirmişik. Hansı qurğunun harada yerləşdirildiyini bilirik. O, (Belarus prezidenti Aleksandr Lukaşenko) bunu çıxara bilərmi? Qoy bu avadanlığı çıxarsın, geri çəksin. Düşünürəm ki, bunu etmək üçün ona cəmi bir həftə lazım olacaq. Əgər etməsə, biz edəcəyik", - deyə Zelenski qeyd edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko dünən Ukrayna ilə sərhəddə vəziyyətin əvvəllər heç olmadığı qədər gərginləşdiyini bildirib və bölgənin müdafiəsinin gücləndirilməsini əmr edib.