BAKI, 20 iyun. TELEQRAF
Braziliya millisinin futbolçusu Vinisius Junior dünya çempionatlarında vurduğu qolların sayını artırıb.
Teleqraf xəbər verir ki, 25 yaşlı vinger 2026-cı il dünya çempionatının C qrupunda Haiti ilə keçirilən II tur matçında fərqlənib.
“Real”ın futbolçusu ilk hissənin sonlarında qol vuraraq hesabı 3:0 edib. Bununla da Vinisius dünya çempionatlarında Braziliya yığmasının heyətində qollarının sayını 3-ə çatdırıb.
O, bu göstəricidə Braziliya millisinin əfsanələrindən Ronaldinyonu geridə qoyub. Ronaldinyo dünya çempionatlarında Braziliya yığması üçün 2 qol vurub.
Qeyd edək ki, Vinisius Junior DÇ-2026-nın ilk turunun Mərakeşlə matçında (1:1) da fərqlənmişdi. Onun mundiallarda ilk qolu isə 2022-ci ildə Cənubi Koreya ilə 1/8 final oyununda qeydə alınıb.
Ronaldinyo 1999-2013-cü illərdə Braziliya millisinin formasını geyinib. O, 2002-ci ildə yığma ilə dünya çempionu olub.