BAKI, 20 iyun. TELEQRAF

2026-cı il dünya çempionatında Türkiyə və Paraqvay milliləri arasında keçirilən oyunda hesab açılıb.

Teleqraf xəbər verir ki, D qrupunun II tur matçında Paraqvay millisi erkən qolla önə keçib.

Paraqvaylı Matias Qalarza 64-cü saniyədə fərqlənərək DÇ-2026-nın indiyədək ən erkən qoluna imza atıb.

Qalarza bununla Şotlandiya – Mərakeş matçında 71-ci saniyədə qol vuran İsmail Saibarinin göstəricisini yeniləyib.

Hazırda davam edən oyunda Türkiyə 0:1 hesabı ilə geri qalır.