BAKI, 20 iyun. TELEQRAF

Mərakeş millisinin futbolçusu İsmail Saibari 2026-cı il dünya çempionatında unikal göstərici ilə yadda qalıb.

Teleqraf xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi C qrupunun II turunda Şotlandiyaya qarşı oyunda yeganə qolun müəllifi olub.

PSV-nin futbolçusu matçın 2-ci dəqiqəsində fərqlənərək Mərakeşə 1:0 hesablı qələbə qazandırıb. Bu, Saibarinin turnirdə ikinci qolu olub. O, ilk turda Braziliya ilə 1:1 hesablı heç-heçə başa çatan görüşdə də qol vurmuşdu.

Məlumata görə, Saibari Misir millisinin ulduzu Məhəmməd Salahdan sonra dünya çempionatının ilk iki oyununda qol vuran ikinci afrikalı futbolçu olub.

Qeyd edək ki, Mərakeş millisi qrup mərhələsinin son turunda Haiti ilə qarşılaşacaq. Görüş iyunun 25-də Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.