BAKI, 19 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın münaqişənin əvvəlində Fars körfəzi ölkələrinə raket zərbələri faktiki olaraq həmin dövlətlərin onun ayağına düşməsinə səbəb olub.
Teleqraf xəbər verir ki, Tramp "Axios"a verdiyi müsahibədə bildirib:
"Bu müharibə başlayanda mənim üçün ən böyük sürpriz, demək olar ki, dərhal beş başqa ölkəyə raketlərin uçması oldu. Mən soruşdum ki, o niyə belə edir? Bilirsinizmi, bu nəyə gətirib çıxardı? Həmin beş ölkə düz mənim ayağımın altına düşdü", -
Amerika liderinin sözlərinə görə, söhbət Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt və Bəhreyndən gedir.