BAKI, 19 iyun. TELEQRAF
Böyük Britaniyanın Bedford qraflığında iki qatar toqquşub.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Korbidən gələn qatar Nottinqemdən gələn qatarın arxa hissəsinə çırpılıb, nəticədə sərnişinlər ciddi xəsarətlər alıblar. Hadisə yerinə beş təcili tibbi yardım helikopteri cəlb edilib.
Britaniya Nəqliyyat Polisindən bildirilib ki, hər iki qatar London istiqamətində hərəkət edib. Qəza Bedford stansiyasından təxminən 4 km cənubda baş verib.
İnsidentin səbəbləri araşdırılır.